Embawood şirkətlər qrupuna məxsus yarım-məmul istehsalı və aksessuar satışı üzrə ixtisaslaşmış EmbaPanel brendi müştəriləri  arasında“EmbaPanel uduş lotereyası” layihəsini keçirmişdir. Aprel ayında başlayan vədörd ay davam edən bu layihə sentyabr ayının 21-i başa çatdı. Lotereya uduşlarının oynanılması və hədiyyələrin təqdimetmə mərasimi musiqi müşayiətiilə həyata keçirildi. 

“EmbaPanel uduş lotereyası” layihəsinin şərtlərinə əsasən, 01.05.2011 –01.09.2011 tarixləri intervalında hər 1500 AZN məbləğində alış etmiş müştəriyə1 ədəd uduş kuponu təqdim edilmişdir. Müvafiq olaraq 3000 AZN məbləğində alışetmiş müştəriyə 2 ədəd uduş kuponu, 4500 AZN məbləğində alış etmiş müştəriyəisə 3 ədəd uduş kupon təqdim edilmişdir. 

Cəmi layihə müddəti ərzində 3640 ədəd lotereya kuponu oynanılmışdır. 270 -dənçox müştəri 40 ədəd DVD, 20 ədəd telefon, 20 ədəd foto apparat, 5 ədədtelevizor 2 ədəd Noutbuk və ən nəhayət Avropaya 2 nəfərlik səyahət qazanmaqüçün Bakı Əyləncə Mərkəzində keçirilmiş tədbirdə iştirak etdi.

Tədbirin rəsmi hissəsində müştərilərə şirkət haqqında ətraflı məlumat verildi.Uduşlar oynanıldı. Rəsmi hissə başa çatdıqdan sonra isə bütün tədbir iştirakçıları şam yeməyinə dəvət nolundu. Axşamın sonunda hamıya xüsusi olaraqbu gün üçün hazırlanmış promo məhsullardan ibarət hədiyyə paketi təqdim olundu.
 

 

  

  

  

  

  

  

  

  


EmbaPanel © 2017. Bütün hüquqlar qorunur.