Ana səhifə Korporativ fəlsəfəmiz

Biz güman edirik ki, bizim məhulları istifadə edən bütün emalatxana sahibləri, usta, montajçı və fəhlələr qarşısında məsuliyyət daşıyırıq. Müştərilərin tələblərinə cavab vermək üçün bizim istehsal və tədarük etdiyimiz bütün məhsullar yüksək keyfiyyətdə olmalıdırlar. Sərfəli qiymətdə məhsullarımızı müştərilərimizə təqdim etmək üçün daim və mütəmadi olaraq xərcələrimizi nəzarət altında saxlamalıyıq. Müştərilərin sifarişləri dərhal və keyfiyyətlə icra olunmalıdır. Bizim alıcılarımız, distributorlarımız, sub-distributorlarımızın ədalətli gəlir əldə etmək imkanı olmalıdır. Ən nəhayət şirkətin rəhbərliyi qarşısında götürdüyümüz ohdəliklər vaxtında və düzgün icra olunmalıdır. 

Bizness gəlir gətirməlidir. Azərbaycanın mebel hissələri və yarımfabrikatları bazarında aparıcı bir brend olduğumuz üçün, biz yeni uğurlu ideya və təşəbbülərlə çıxış etməliyik. Araşdırılmalar keçirməli, yeni innovasiyalı məhsullar hazırlanmalı və uğurla tətbiq olunmalıdır. Yeni mütərəqqi texnalogiyalarla hazırlanmış avadanlıqlar getirilməli, əməkdaşlarımıza yeni xidmətlər təkilf olunmalı və yeni məhsullar istehsala verilməlidir. Mövsüm vaxtları əməkdaşlarımız qaşısında götürdüyümüz öhdəlikləri vaxtında və dərhal icra etmək üçün rezerv məhsul bazamızı genişləndirməliyik. Uğur - profesionallıq və qarşılıqlı inam çərçivəsində inkişaf edir. 

Biz inanırıq ki, hər bir insanın həyatının əsası, xoşbəxt olmaq arzusudur. Komandamızın tərkibi xoşbəxtliyi təkmilləşdirmədə görən insanlardan ibarətdir. İnkişaf etdikcə, yeni yüksəkliklər əldə etdikcə qalibiyyət və fəxr hissi keçiririk! Biz dəyişdikcə bizim ətrafımızdakı aləm də dəyişir və daha gözəl olur. Bu baxış bizə azadlıq, özünə və gələcəyə inam hissi bəxş edir. Çünki şirkətin inkişafı, dəyişməsi və önə getməsi əməkdaşlarının fərdi inkişafı ilə baş verir.



EmbaPanel © 2024. Bütün hüquqlar qorunur.